Oktyabrın 6-da saat 9:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran və Lerikdə 5, Salyan və Neftçalada 2, Biləsuvar, Quba, Sabirabad, Zərdab, Hacıqabul, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Qaynar xətt:
(055) 224 12 12