Martın 6-sı saat 10:00-a olan faktiki hava durumu açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bəzi yerlərdə qərb küləyi əsir, sarı xəbərdarlığa uyğun olaraq küləyinin sürəti Qobustanda 20 m/s, Goranboyda 19 m/s, Şəki və Naftalanda 18 m/s, Qusarda 16 m/s-yə çatıb.