Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində dekabrın 19-u gecə və səhər gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Qazax, Ağstafa, Goranboy, Mingəçevir, Samux, Ceyrançöl, Gəncə, Daşkəsən, Naftalan, Qusar, Şəki, Qax, Zaqatala, Qobustan, Kəlbəcər, Laçın, Qubadlı, Neftçalada fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.
Bakıda və Abşeron yarımadasında dekabrın 18-də axşamdan dekabrın 19-da gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimal olunur.
"Azərbaycanın rayonlarında da dekabrın 18-də gündüzdən dağlıq ərazilərdən başlayaraq dekabrın 19-da gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Dekabrın 19-da gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq", - deyə məlumatda bildirilib.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabahın hava proqnozu AÇIQLANDI: Sulu qar yağacaq - 19.12.2024
- Bakıda SULU QAR yağacağı gözlənilir - 18.12.2024-ün HAVA PROQNOZU
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda arabir yağıntılı olacaq, dağlarda 10 dərəcə şaxta gözlənilir - 17.12.2024-ün HAVA PROQNOZU
- Bakıda küləyin sürəti saniyədə 21 metrə çatıb - FAKTİKİ HAVA
Rəylər