Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDB-də qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) AZS 065-2023 "Narşərab. Texniki şərtlər" milli standartı əsasında ГОСТ 35230-2024 "Наршараб. Технические условия" yeni standart layihəsi hazırlanıb və MDB ölkələri Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС) onu dövlətlərarası standart kimi qəbul edib.
Oxu.AZ bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, yeni qəbul edilən dövlətlərarası standart ət və balıq məhsulları ilə, eləcə də milli yeməklərdə istifadə edilən, şəkər tozu əlavə olunmaqla qaynadılıb qatılaşdırılmış, təzə sıxılmış və ya konservləşdirilmiş nar şirəsindən hazırlanan və şüşə qabda pasterizə edilmiş narşəraba şamil edilir.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- "S&P Global" Azərbaycanda növbəti iki il üçün inflyasiya proqnozunu açıqlayıb
- "S&P": 2025-ci ildə Azərbaycanın nominal ÜDM-i 75 milyard dollara çatacaq
- Naxçıvanda Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edildi
- DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb
- "Veysəloğlu" Şirkətlər Qrupu ərzaq sektorun vergi ödəyiciləri arasında lider mövqeyə sahib oldu