Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bəzi şəxsləri yeddi min manatlıq cərimə gözləyir - Milli Məclis TƏSDİQLƏDİ
Cinayət Məcəlləsindəki dəyişiklik Milli Məclisdə təsdiq edilib.
Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra pilotsuz uçuş aparatı və ya hava nəqliyyatı qismində istifadə təyinatı olmayan digər hava gəmisinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
- Cibi də yandırır, evi də - Közərmə lampalarına qoyulan QADAĞA səmərə verəcək?
- "Bircə dənə qız gəlin" istəyənlərin sayı artır - "Qadın peşə"lərində işçi çatışmazlığı olacaq?
- Ülviyyə Qurbanovanın mətbəxdə əməliyyat etdiyi şəxs dünyasını dəyişib
- Səhiyyə Nazirliyi tərəfindən yeni təşəbbüs: Sertifikasiya və peşəkar inkişaf üçün yeni seçim imkanı