Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib
Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda iqtisadiyyat naziri, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
İclasda ökəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq, müasir sənaye müəssisələrinin qurulduğu, qeyri-neft-qaz sənayesinin inkişafına xidmət edən mütərəqqi mexanizmlərin tətbiqi nəticəsində mühüm nailiyyətlər əldə edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, iqtisadiyyatımızın diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonasının qısa zaman içərisində qurularaq investorların istifadəsinə verilməsi və beləliklə ölkə iqtisadiyyatının aparıcı drayverlərindən birinə çevrilməsi böyük önəm daşıyır. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, həmin sərmayədarların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində iqtisadi inkişafa töhfə vermək, həmçinin yeni iş yerləri yaratmaq əsas hədəflərdəndir.
Qeyd edilib ki, Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların İqtisadi Zonaya marağını artırır. İqtisadi Zona Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan ölkəmizin strateji əhəmiyyəti artacaq.
İclasda ərazidə reallaşdırılan layihələr, investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, karqo hava limanının tikintisi üzrə görülən işləri və növbəti addımları müzakirə etdik.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun ikinci iclasında iştirak edib.
Oxu.Az xəbər verir ki, nazir bu barədə öz "X" hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə ərazidə reallaşdırılan layihələr, investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, karqo hava limanının tikintisi üzrə görülən işləri və növbəti addımları müzakirə edilib.
Həmkarlarla birlikdə Ələt Azad #İqtisadiZona-sı (@AlatFEZ) üzrə İşçi Qrupunun ikinci iclasında iştirak etdik. Ərazidə reallaşdırılan layihələr, investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, karqo hava limanının tikintisi üzrə… pic.twitter.com/w9U0t54xZe
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 11, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov "Dominari" şirkətinin nümayəndələri ilə görüşüb
- İqtisadiyyat naziri AYİB-nin illik toplantısı çərçivəsində sessiyalarda iştirak edib
- Mikayıl Cabbarov AYİB-in Müdirlər Şurasının açılış sessiyasında iştirak edib
- Londonda Azərbaycanın yaşıl sərmayə imkanları və regionun inkişaf perspektivləri müzakirə olunub
- Mikayıl Cabbarov Lionel Rapay ilə müzakirələr aparıb