Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sərnişin avtobusundan ŞİKAYƏT: "Nə vaxta kimi bu cür əyri, yanpörtü hərəkət edəcək?"
Abşeron rayonunda Masazır kəndi, "Zəngilan şəhərciyi"nə gedən 525 nömrəli xətt üzrə hərəkət edən avtobuslar sərnişinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, narazılığa səbəb sözügedən avtobusların günün pik saatlarında daim yüklü olmasıdır.
"Nə vaxta qədər bizim avtobuslar bu cür əyri, yanpörtü hərəkət edəcək? Nə vaxtsa bu avtobusların normal qaydada, əyilmədən hərəkət etdiyini görəcəyik?", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məsələnin nəzarətə götürüldüyünü bildirib.
"Yol infrastrukturunun qənaətbəxş olmaması səbəbindən, xüsusilə "Zəngilan şəhərciyi" adlanan ərazidə 525 nömrəli marşrut avtobuslarının konstruksiyaları zədələnir, ehtiyat hissələri sıradan çıxır. 525 nömrəli marşrutun müvəqqəti istismarçısına avtobus parkının yenilənməsi ilə bağlı tapşırıq verilib", - deyə T.Orucov bildirib.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Bakıdakı sıxlığın qarşısı necə alınmalıdır?
- Neftçala sakini: "Belə getsə, insan qalmayacaq"
- Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI
- Gilas bağlarında acınacaqlı durum: Qubalı fermerlər çıxılmaz halda
- Ekoloji fəlakətin kandarından keçmək: Ağdaşın hər küçəsində təhlükəli vəziyyət yaranıb