Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - 12.11.2024
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 12-si saat 16:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şərur, Şahbuz, Culfa, Ordubad, Qəbələ, İsmayıllı, Oğuz, İmişli, Şamaxı, Xaçmaz, Altıağac, Quba, Qusar, Şabran, Mingəçevir, Göyçay, Zərdab, Beyləqan, Ağdam, Bərdə, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda arabir yağış yağır.
Naxçıvan, Şamaxı, Qrız, Yevlaxda isə duman müşahidə olunur.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 9, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 1 dərəcə şaxta qeydə alınıb.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 12-də saat 11:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə arabir yağış, Şahdağda isə qar yağır.
Vurğulanıb ki, düşən yağıntının miqdarı Naxçıvanda 10 mm, Lənkəran, Lerik və Şahbuzda 9 mm, Neftçala və Qubada 8 mm, Şərurda 7 mm, Biləsuvar, Sədərək, Astara, İmişli, Yardımlı, Cəfərxan, Culfa, Xaçmaz, Ordubad, Altıağac, Qusar, Qrız, Şabran, Tərtər, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Şəmkir və Sabirabadda 5 mm olub.
Naxçıvan, Ordubad, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-də 5, Aran rayonlarında 11, dağlıq rayonlarda 4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3 dərəcə şaxta qeydə alınıb.
Rəylər