Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ərdoğan: "Gələcək nəsillər üçün sağlam dünyanı qorumaq lazımdır"
"Gələcək nəsillər üçün sağlam dünyanı qorumaq lazımdır".
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çıxışı zamanı deyib.
O, həmçinin qeyd edib ki, "Sıfır tullantı" layihəsi Türkiyənin iqlim dəyişikliyi ilə mübarizəsinə töhfə verir:
"Əlbəttə, bu işlər ciddi iqtisadi xərclər hesabına başa gəlir".
Türkiyə Prezidenti 2035-ci il üçün 100 milyon ton karbonu azaltmağı hədəflədiklərini bildirib.
Dövlət başçısı Türkiyənin iqlim dəyişikliyinin mənfi təsirlərindən ən çox əziyyət çəkən ölkələr sırasında olduğunu vurğulayıb:
"2053-cü ilə qədər tamamilə sıfır emissiyaya nail olmaq və "Yaşıl inkişaf" baxışımız çərçivəsində iqtisadiyyatda əsas sektorlarında dəyişikliklərə doğru gedirik. Yaşıl maliyyə strategiyasını həyata keçirmək istiqamətində səylərimiz davam edir. Emissiya ticarət sistemini də ehtiva edən "İqlim haqqında" qanunu çox yaxında Türkiyə parlamentinə təqdim edəcəyik ".

"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"