Azərbaycanın avtomobil yollarında mayın 4-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 4-də gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Qaynar xətt:
(055) 224 12 12