Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Biləcəridə səkilər zibilliyə çevrilib, ağaclar qurudulub - Rəsmi qurumdan iddiaya CAVAB
Binəqədi rayonunun Biləcəri qəsəbəsində səkilərdəki ağacların qurudulması və səkilərin dağıdılmış vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, səkilərdəki ağacların dibinə hətta məişət tullantıları belə atılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Davud Əhmədov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ağacların dibinin aidiyyəti qurumlar tərəfindən tullantılardan təmizləndiyi müəyyən edilib.
"Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi, "Yağmur" restoranının qarşısındakı söyüd ağaclarının qurudulması və dibinə tullantıların atılması ilə bağlı daxil olan şikayət araşdırılıb. Ağacların dibindən torpaq nümunələri götürülərək analiz olunması üçün laboratoriyaya təqdim olunub. Ərazidə ağac kəsilməsi faktı qeydə alınmayıb", - deyə xidmət rəsmisi vurğulayıb.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Xətai rayonunda sakinlərin SUSUZLUQ PROBLEMİ: "İllərdir deyirik, nəticə yoxdur"
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib
- Ələt-Hacıqabul yolunda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
- Abşeronun Şəfəq qəsəbəsində kommunal problem: Binanın zirzəmisini su basıb