Biləsuvar rayonunda “VAZ” markalı avtomobil və “Suzuki” markalı yük maşınının toqquşması nəticəsində ölənlərin kimliyi bilinib.
Biləsuvar Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Cəlilabad rayon sakinləri - 1992-ci il təvəllüdlü Həsənov Rəşad Əlizadə oğlu və 1987-ci il təvəllüdlü İsmayılov Vasif Vaqif oğlu ölüb.
Digər iki nəfər - 1987-ci il təvəllüdlü Cananov Azad Şəhriyar oğlu və 1992-ci il təvəllüdlü Ağayev Sahib Əli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
09:14
Biləsuvar rayonunda “VAZ” markalı avtomobil və “Suzuki” markalı yük maşını toqquşub.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış iki nəfərin meyitini və yük maşınında sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
İlhamə Əbülfət
www.oxu.az