Bakı-Astara yolunun 123-cü kilometrliyində, Biləsuvar rayonu ərazisində “Qazel” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilində olan 3 nəfər sərnişin aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.
E.Ə.
www.oxu.az