Cəlilabadda rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, yolun buz bağlaması səbəbindən sürücünün idarəetməsindən çıxan VAZ-2106 markalı avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Xəsarətlə bağlı məlumat yoxdur.
Əzizə İsmayılova