Bakının Bilgəh qəsəbəsinin bəzi yollarında məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına istinadla xəbər verir.
Bakı 2015 Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar olaraq, Bakı 2-ci dairəvi yolunda Jumeirah Beach otelinin yaxınlığındakı dairədən Sea Breeze istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyi arasındakı hissəyədək iyunun 17-18-i tarixlərində aşağıda göstərilən vaxtlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:
17 iyun
11:30 – 15:30: Jumeirah Beach otelinin yaxınlığındakı dairədən - "Sea Breeze" istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək.
18 iyun
05:30 – 20:40: Jumeirah Beach otelinin yaxınlığındakı dairədən Bilgəh Estates – in qərb hissəsində 1-ci geri döngəyədək.
06:30 – 18:40: Bilgəh Estates – in qərb hissəsində 1-ci geri döngədən - Sea Breeze istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək
Sürücülərdən aşağıdakı alternativ yollardan istifadə etmək məsləhət görülür:
- Bilgəh istiqamətində hərəkət edən sürücülər Jumeirah Beach otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilər
- Bilgəh Estates-dən qərb istiqamətdə hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zuğulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov) istifadə edə bilər
- Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilər
