Bakının Binəqədi rayonunda, DSX yolu adlanan ərazidə baş verən yanğınla bağlı açıqlama verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 55 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 kvadratmetr sahədə və dam örtüyü 15 kvadratmetr sahədə, bitişik ümumi sahəsi 45 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kvadratmetr sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17:20
Bakının Binəqədi rayonunda, DSX yolu adlanan ərazidə yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, yanğın fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Yanğının səbəbi və dəymiş ziyanın həcmi hələ ki bəlli deyil.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fərdi yaşayış evində baş vermiş yanğın FHN-in yanğından mühafizə qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Sayad Həsənli