Bakının Binəqədi rayonunda iki kişi meyiti tapılıb.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərinə görə, rayonun Ə.Naxçıvani küçəsi, ev 24 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Azad Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar olunub.
Oxşar hadisə Binəqədi rayonunun 28 May qəsəbəsində də qeydə alınıb. Həmin qəsəbədə Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Ədalət Heybətovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.
Hər iki faktla bağlı rayon prokurorluğunda istintaq aparılır.