Bakının Binəqədi rayonunda uzun illərdir təmir olunmayan yol sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Bildirilib ki, söhbət Mirzə Məmmədxan küçəsi, 84 ünvanındakı ərazidən gedir.
"Küçənin bir hissəsi uzun illərdir təmirsiz vəziyyətdədir. Küçənin villalar olan istiqamətində yol təmir edilsə də, heç bir villanın qapısına düşməyən hissəsi baxımsız vəziyyətdə qalıb. Həmin ərazidən avtomobillə keçmək çətinlik yaradır. Üstəlik, orta məktəbin yanı olduğu üçün uşaqların yağışlı havalarda o yolu keçməsi mümkünsüz olur. Çünki ərazidə toplanan su həftələrlə çəkilmir. Ümumilikdə küçənin digər bir neçə hissəsində də belə təhlükəli çökəkliklər var. Bu vəziyyət, xüsusilə günün qaranlıq saatlarında hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır", - deyə şikayətdə bildirilib.





Problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.