Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Binəqədidə yolun ortasından NEFT ÇIXIR - İDDİA
Binəqədi rayonunda yolun ortasından neft çıxdığı iddia edilir. Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, videonu çəkib sosial şəbəkələrdə paylaşan Ümid Hüseynov bildirib ki, yaşadıqları massiv mədən ərazisi hesab edildiyindən bu kimi hallarla tez-tez qarşılaşırlar. Bu isə qəsəbənin sakinlərinin işini daha da çətinləşdirir.
Sakinlərin sözlərinə görə, yola yayılan mayedən həm də pis qoxu gəlir. Digər sakin Şaiq Hüseynov isə deyir ki, bu yaşayış massivini Binəqədi rayonunun mərkəzindən az məsafə ayırsa da, yolu baxımsız vəziyyətdədir.
Ətraflı süjetdə:
"Binəqədi rayonu" teqi üzrə xəbərlər
- Bakıda hər yağışdan sonra palçıq əmələ gəlir: Qurum qazmaq üçün icazə gözləyir
- Mağazalarda saxta əsginaslarla alış-veriş edən şəxs saxlanılıb
- Bacısının qətlində təqsirləndirilən şəxs psixiatrik müalicəyə göndərildi
- Binəqədidə MTK sakinləri evlərinə həsrət qoyub? - Beş ildir kommunal ödəmirlər
- Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: "Yüngül həyat tərzi keçirirdi"
Rəylər