Bir ailənin faciəsi Azərbaycanın Baləkən rayonunun sakinlərini sarsıdıb. Dünən axşam Katex kəndində 75 yaşlı Məmmədova Şəmsi Nəcməddin qızı tövlədə özünü asıb.
Oxu.Az xəbər verir ki, Vesti.Az-a bu barədə Balakən rayon Prokurorluğunda bildiriblər.
İlkin istintaq zamanı müəyyənləşdirilib ki, qadın iki uşaq – bir qız və bir oğlan böyüdüb.
Övladlar ailə qurub və paytaxta köçüblər, ana isə kənddə tək qalıb. Uşaqlar analarını mütəmadi olaraq ziyarət edirdilər. Tənhalıq qadını elə bir hala gətirib ki, qadın özü-özünə danışmağa başlayıb. Məmmədovanın qonşularından qadının bu qəribə davranışı gizlin qalmayıb. Qadın tez-tez qocaların heç kimə lazım olmadığından şikayət edirdi.
Dünən Məmmədovanın yanına Bakıda yaşayan oğlu gəlib. Deyirlər o, gedən zaman ana onun ardınca ağlayıb, tək qalmağından şikayətlənib.
Oğlu evindən 50 metr aralanmamış qonşuları zəng edib ona anasının özünü asdığını deyiblər.
Məmmədov geriyə anasını dəfn etməyə gəlib...