Almaniyada yaşayan və orada yaradıcılığını davam etdirən müğənni Seyran İsmayılxanov yeni albomu üzərində çalışır.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, müğənni sözləri və musiqisi özünə aid olan “Sadəcə sevgi” adlı mahnısına klip çəkdirib.
Onun sözlərinə görə, albom alman dilində işıq üzü görəcək. Albomun adını sirr saxlayan ifaçı klip çəkilişlərinin Köln şəhərində aparıldığını deyib:
“Klipdə bütün insanlar öpüşür. Həmçinin mən də. Öpüşənlər qadınla-kişi, ana ilə bala, yaşlı insanlardır. Bununla demək istəyirəm ki, sevgi sərhəd tanımır, hər bir şəkildə yaşana bilir. Çünki sevgi insanın ürəyində doğulur”.
Sözügedən klipdən olan qısa görüntünü oxucularımıza təqdim edirik: