Avqustun 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.