Son günlər sosial şəbəkə fenomeninə çevrilən Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmov Ölkə.Az-a müsahibə verib.
“Hazırda bizim kənddə bir metrə yaxın qar var. Bizim uşaqlar o qarda, yağışda məktəbə gedirlər. Evim məktəbə yaxındır. O uşaqlar kəndin aşağısından gəlirlər, bizim evin yanından hər gün onlara kömək edib məktəbə aparıram. Elə uşaq var ki, boyu balacadır, çantası ağırdır, çantasını götürürəm. İndi də kitabların sayı çoxdur.
Fotonu məktəbimizin yaxınlığında yaşayan Sakit Ziyadov adlı şəxs çəkib, rayonda mədəniyyət evində işləyir. Şəkil çəkiləndə xəbərim olmayıb, internetə yerləşdiriləndən sonra xəbər tutmuşam. Məktəbimiz kəndin yuxarı başında yerləşir deyə şagirdlər də bizim evin yanından keçirlər”, - deyə N.Məhərrəmov onu internetdə məşhurlaşdıran fotoşəkil barəsində danışıb.
:640.jpg)
“Şagird var ki, dəftəri yoxdur, dəftər alıb verirəm, qələmi olmayana qələm alıram. Bu, mənim insanlıq borcumdur”, - deyə müəllim bildirib.
A.S.
www.oxu.az