Bu gün səkkiz nəfər batma təhlükəsi ilə üzləşib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-2, Bilgəh, Buzovna, Lökbatan və Goradil sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşənlər xilas edilib.