“Ey savadsız cahillər, geylərə niyə səsiniz çıxmır? Bakıda erməni sərbəst gəzir, niyə səsiniz çıxmır? Qısa şalvarlılar və qara çarşablılar, yəni vəhabilər gündən-günə artır, niyə səsiniz çıxmır? Ölkədə canlı bomba partlayanda ayılacaqsız”.
Bu fikirlər “Facebook” səhifəsində paylaşılan azanla bağlı statusa görə bir günün içində populyarlaşan QHT sədri Bəxtimşah Tağıyevaya məxsusdur.
Ona ünvanlanan təhqirlərdən qəzəblənən Bəxtimşah xanım səhifəsində daha bir status paylaşıb: “Mənim tərəfimi saxlayanlara, arxa duranlara minnətdaram, söyüş söyənlərə bildirmək istəyirəm ki, onlar heç müsəlman da deyillər. Söyüşləri öz ana, bacısına çatsın. Məni tanımayan haqqımda necə rəy yaza bilər axı? Bəzi savadsızlar, cahillər paylaşılanı belə oxumayıb, jurnalistlərin qoyduğu başlığa cavab yazırlar. Məni məhv etmək elə də asan deyil, dərindən fikirləşsəniz və yazılanı oxusanız (mən yazmasam belə) mənə haqq verəcəksiz. Mənim əleyhimə yazılan bir kəlmə sözə bu qədər reaksiya verirsiz. Qeyrətiniz, vicdanınız budur? İslam dini sevgi dinidir və siz onu guya qorumaq üçün mən söyürsüz. Dini inancınız budur indi deyin siz həqiqətən müsəlmansız. Bizim əcdadımız xristian, zərdüşt və digər dinlərdən ibarət olub. Bəs o dinlərin niyə əleyhinə çıxırsız? Bir qadına qarşı kmpaniyada az qala neçə milyon adam iştirak edib. Saytlara yazılarımızı, tədbirlərimizi göndərsək heç verməzlər. Mən ramazanla bağlı 60 nəfərlik ərzaq yardımı etdim, yaxın günlərdə iftar süfrəsi açacağıq. Bəs, siz nə etmisiz? Özlərini müsəlman sayan hər kəs dinə uyğun yardım etməlidir, mən dindar deyiləm, amma millət üçün edirəm, bəs siz? Təkliflər gəlirdi ki, xristian ölkəsinə gedim, mən də təklif verirəm dindən xəbəri olmayan cırtqozlar, sizlər də Suriyaya gedin!”
10:50
“Facebook”da paylaşdığı statusla gündəmə gələn “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai birliyinin rəhbəri Bəxtimşah Tağıyeva baş verənlərin özünə qarşı təxribat olduğunu bildirib.
QHT sədri Oxu.Az-a açıqlamasında, müzakirə mövzusuna çevrilən azanla bağlı statusun özü tərəfindən yazılmadığını deyir: “Düşünürəm ki, dünən “Facebook” səhifəmdə yazılanların qısa müddət içində mətbuatda tirajlanması təsadüfi deyil. Bunun arxasında dayananlar var. Həmin insanları tapıb sübut etməliyəm ki, o statusu mən yazmamışam. Baş verənləri özümə qarşı təxribat kimi dəyərləndirirəm. Bu, qara piar ancaq və ancaq sifariş ola bilər. O status paylaşılarkən tədbirdə olmuşam. “Facebook” hesabım kompüterimdə açıq qalıb. Kimsə mənim adımdan yazıb. Artıq şübhələndiyim biri var, dəqiqləşdirəndən sonra adını açıqlayacam”.
Bəxtimşah xanım, qatı dindar olmasa da, dindarlara qarşı olmadığını bildirdi: “Qatı dindarları, vəhabiləri qəbul etmirəm, amma İslamın da əleyhinə deyiləm. Azan səsi məni narahat etsə, qulağımı tıxayaram, daha niyə aləmə car çəkirəm?
Dindar deyiləm, gecə-gündüz namaz qılmıram. Amma bacardığımız qədər Allah yolunda işlər görürük, təzəliklə 60 nəfərə yardım etmişik, iftar süfrəsi verməyə hazırlaşırıq. Bu barədə danışmaq istəməzdim, məcbur qaldım. Yardımın fotolarını paylaşdım ki, məni qınayanlar görsünlər”.
QNT sədrini bir günün içində məşhur edən status budur: “Kim nə deyir desin, mən gecə yarı mikrafonla azan səsi eşitmək istəmirəm. Xəstə var, başqa dinlər var, uşaq var. Onları niyə yarımxəstə etməlidirlər ki? Uşaq yatızdırmaq asandır bəyəm?” sözlərini paylaşan QHT rəhbəri oxucuların və medianın qınaq obyektinə çevrilib.
Zülfiyyə Qurbanova
www.oxu.az