Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası 1923-cü ildə Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və başqalarının təşəbbüsü ilə Biblioqrafik büro kimi fəaliyyətə başlayıb.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, rəsmi olaraq yaradılma tarixi isə 1925-ci ildə Kitabxana-Biblioqrafiya bürosunun təsis edilməsi ilə qeydə alınıb. Bu zaman kitabxananın fondunu 430 nüsxə kitab, 1 200 nüsxə qiymətli əlyazmalar təşkil edirdi.
AMEA Mərkəzi Elmi Kitabxanası 1963-1984-cü illərdə Əsaslı Kitabxana adını daşıyıb, 1984-cü ildən isə Mərkəzi Elmi Kitabxana adlanır.
Azərbaycanda təbiət, texniki və humanitar elmlər üzrə ən iri kitabxana sayılan AMEA-nın Mərkəzi Elmi Kitabxanası dünya xalqlarının 50-dən çox dilində 1 304 686 nüsxəyədək ədəbiyyat saxlayan zəngin və universal kitab fonduna malikdir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az