Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bir yaşlı Arzunun anası yardım diləyir: "Balamın addım atacağı günün xəyalları ilə yaşayıram"
Bir yaşlı Arzunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Səlimə Vəliyeva məlumat verib.
Bildirib ki, övladı serebral atrofiya xəstəliyindən əziyyət çəkir:
"Arzu bir yaş dörd aylıqdır. O, anadangəlmə serebral atrofiya xəstəliyindən əziyyət çəkir. Biz bunu o doğulduqdan sonra keçirdiyimiz müayinələrdə bildik. Arzu nə otura, nə normal hərəkət edə bilir. Əlinə verdiyimiz oyuncağı belə tuta bilmir, əlləri və ayaqları əsir. Arzu ilə yaşıd körpələr artıq ilk addımlarını rahatlıqla ata bildikləri halda, o, yatağa məhkumdur. Bu, bir ana üçün çox ağırdır".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyir.
"Hər gün Arzunun mənə doğru addımlayacağı günlərin xəyalını qururam. Həkimlər Arzunun müalicə və terapiyalarını zamanında edə bilsək, böyük irəliləyişlər olacağını deyirlər. Hazırda Arzunun müalicəsi üçün dəstəyə ehtiyacımız var. Bunun üçün aylıq 700-800 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, bu yolda bizi tək buraxmamalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 331-69-14.
"Unibank": 5243 7544 4338 6907.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ata övladı üçün fəryad edir: "Mən öz balamın qarşısında aciz qaldım, bəlkə xalqım ona kömək olar"
- Xərçənglə mübarizə aparan 16 yaşlı yeniyetmənin cəmi bir günü qalıb: Xəstəliyi metastaz verib
- Səkkizaylıq İsanın atası: "Xalqıma yalvarıram, balamı xilas edin"
- Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"
- Ağır yanıq xəsarətləri alan Şəlalənin dəstəyə ehtiyacı var