Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bir yaşlı əkizlərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Bir yaşlı Həsən və Zeynəb Fərzəliyevlərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.
Bu barədə Oxu.Az-a onların atası Elnur Fərzəliyev məlumat verib.
O bildirib ki, övladlarının ikisi də bronxial astma xəstəliyindən əziyyət çəkir:
"Həsən və Zeynəb əkizdirlər. Yoldaşımın hamiləlik dövründə səhhətində ciddi problemlər yarandı. Buna görə də uşaqlar vaxtından tez dünyaya gəldilər. Doğulduqları gündən etibarən bir müddət küvəzdə qaldılar. Daha sonra isə övladlarımızı da götürüb evə gəldik. Uşaqların müayinələri zamanı onların bronxial astma xəstəliyindən əziyyət çəkdiklərini öyrəndik. Aylardır onların müalicələrini bir təhər etmişəm, indi isə, demək olar ki, tükənmişəm".
Elnur Fərzəliyev övladlarının müalicəsi üçün dəstəyə ehtiyacı olduğunu bildirib:
"Bizim Həsən və Zeynəbdən başqa iki övladımız da var. Özümüz Biləsuvar rayonunda yaşayırıq, elə rayonumuzda da fəhləlik edirəm. Tək fəhləliklə dörd uşağa baxmaq, inanın ki, mümkünsüzdür. Hazırda əkizlərin müalicəsini davam etdirə bilmək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 870-34-54.
Kapital Bank: 4169 7388 2158 6249.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Atasını itirən Həsən indi özü ölümlə mübarizə aparır: Anası fəryad edir
- Beş il övlad həsrəti çəkən ana yardım diləyir: "Müalicə üçün dəstəyə ehtiyacımız var"
- On yaşlı Mübarizin dəstəyə ehtiyacı var: "Ağır xəstəlikdən əziyyət çəkir"
- Bir yaşlı körpə ağır yanıq xəsarətləri alıb: Dəstəyə ehtiyacı var
- 12 yaşlı əkiz bacıların dəstəyə ehtiyacı var