Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bir yaşlı əkizlərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Bir yaşlı Həsən və Zeynəb Fərzəliyevlərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.
Bu barədə Oxu.Az-a onların atası Elnur Fərzəliyev məlumat verib.
O bildirib ki, övladlarının ikisi də bronxial astma xəstəliyindən əziyyət çəkir:
"Həsən və Zeynəb əkizdirlər. Yoldaşımın hamiləlik dövründə səhhətində ciddi problemlər yarandı. Buna görə də uşaqlar vaxtından tez dünyaya gəldilər. Doğulduqları gündən etibarən bir müddət küvəzdə qaldılar. Daha sonra isə övladlarımızı da götürüb evə gəldik. Uşaqların müayinələri zamanı onların bronxial astma xəstəliyindən əziyyət çəkdiklərini öyrəndik. Aylardır onların müalicələrini bir təhər etmişəm, indi isə, demək olar ki, tükənmişəm".
Elnur Fərzəliyev övladlarının müalicəsi üçün dəstəyə ehtiyacı olduğunu bildirib:
"Bizim Həsən və Zeynəbdən başqa iki övladımız da var. Özümüz Biləsuvar rayonunda yaşayırıq, elə rayonumuzda da fəhləlik edirəm. Tək fəhləliklə dörd uşağa baxmaq, inanın ki, mümkünsüzdür. Hazırda əkizlərin müalicəsini davam etdirmək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 870-34-54.
"Kapital Bank": 4169 7388 2158 6249.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
- Övladı üçün təkbaşına çırpınan ana yardım istəyir: "Artıq bacara bilmirəm"
- Elayın atası fəryad edir: "Anamın xəstəliyinə dözə bilmirdim, indi balam gözümün qabağında yox olur"
- İbrahimin yaşaması üçün həkimlər ümid vermir: Ağrıları artıb, yemək yemir - Anası dərdə dözə bilmir
- Ağır yanıq xəsarətləri alan Zəhranın dəstəyə ehtiyacı var