Hindistanın müvəqqəti işlər vəkili ölkəsinin Pakistandakı çoxsaylı obyektlərə zərbələr endirilməsi ilə əlaqədar Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" Pakistan XİN-ə istinadən məlumat verib.
"Diplomata Pakistan ərazisində, eləcə də Cammu və Kəşmirdə çoxsaylı obyektlərə Hindistan qoşunlarının zərbələri ilə əlaqədar qəti etiraz bildirilib. Hindistanın bu dəhşətli təcavüz aktının Pakistanın suverenliyini açıq şəkildə pozduğu qeyd edilib.
Bu cür hərəkətlər BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına və dövlətlərarası münasibətlərin prinsiplərinə ziddir", - agentlik XİN-in bəyanatına istinadən bildirib.