Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bir yaşlı Kamranın dəstəyə ehtiyacı var
Bir yaşlı Kamranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Xədicə Həsənova məlumat verib.
O bildirib ki, övladı mayın 26-da ehtiyatsızlıq səbəbindən yanıb:
"Kamranın bir yaşı var. O, mayın 26-da, iməkləyərkən qaynar su qazanını üzərinə aşırıb. Həmin gün biz onu xəstəxanaya apardıq. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada bir müddət müalicə alsaq da, hazırda evə çıxmışıq".
Gənc ana övladının sağalması üçün dəstəyə ehtiyac olduğunu deyib:
"Kamranın sağalması üçün hazırda dərman və mazlara ehtiyacımız var. Bunun üçün isə bizim imkanımız yoxdur. Mazları və dərmanları almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 837-62-60.
Bank Respublika: 4244 4848 4798 1648.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir yaşlı əkizlərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Balaca Gülçinin anası: "Müalicə üçün hər şeyi satmışam, yardıma ehtiyacımız var"
- Yeddi ildən sonra doğulan Xəyal ölümlə mübarizə aparır
- Nadir xəstəlikdən əziyyət çəkən körpə təcili əməliyyat olunmalıdır
- 15 yaşlı Zəhranın yaşaması üçün dəstəyə ehtiyacı var: Anası yardım istəyir
Rəylər