Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda məktəbin həyətində valideynlər arasında insident - DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş verən insidentə münasibət bildirib.
Qurumun əməkdaşı Lumu İsrəfilli Oxu.Az-a açıqlamasında qeyd edib ki, 18 dekabr 2024-cü il tarixində mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə polis şöbəsinə müraciət ediblər:
"Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib.
Polis İdarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək".
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı
- Keçmiş məhkum yenə narkotikə görə HƏBS EDİLDİ
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar