Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bir yaşlı körpənin dəstəyə ehtiyacı var: "Müalicəsini edə bilsək, vəziyyəti stabil qala bilər"
Bir yaşlı Nəcəfin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Səbinə Bilalova məlumat verib.
O bildirib ki, övladı qaraciyər çatışmazlığından əziyyət çəkir:
"Nəcəf ötən ilin oktyabr ayında dünyaya gəlib. Həmiləliyim və doğumdan sonrakı ilk aylarda onun səhhətində hər şey normal idi. İyun ayının sonunda onun bədənində qançırlar əmələ gəlməyə başladı. Əvvəlcə bunun ciddi bir şey olmadığını düşünsək də, sonradan həkimə müraciət etdik. Müayinə zamanı həkim övladımın qaraciyər çatışmazlığından əziyyət çəkdiyini dedi".
Səbinə Bilalova yardımsevər şəxslərdən övladına dəstək istəyib:
"Nəcəfin xəstəliyini dəqiqləşdirənə qədər, inanın, çox xərc çəkdik. Hazırda onun müalicələrini edirik. Həkimlər müalicələri vaxtlı-vaxtında etsək, onun vəziyyətini stabil saxlaya biləcəklərini deyirlər. Özüm evdar qadınam, yoldaşım isə yemək şirkətlərinin birində kuryer kimi çalışır. İnanın, gecəsini gündüzünə qatsa da, yenə də çatdıra bilmirik. Evin kirayəsi, uşağın yeməyi, dərmanları, müayinəsi artıq çatdırmırıq. Sizin saytın izləyicilərinin dəstəyi ilə biz bir müddət əvvəl onun yenidən müayinələrini etdirə bildik. Hazırda dərman və iynələrimizi almaq üçün 320 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 762-37-91.
Kapital Bank: 4169 7388 9196 3492.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
- Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"
- İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Ölkəyə qayıda bilmirlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
- Doqquz yaşlı Mələk təcili əməliyyat olmalıdır: Gecikərsə iflic ola bilər
Rəylər