Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ-nin Florida ştatında fövqəladə vəziyyət elan edildi
ABŞ-nin Səhiyyə və Sosial Xidmətlər Departamenti ölkənin cənub-şərq sahillərinə yaxınlaşan "Milton" qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Qurumdan bildirib ki, Floridaya tibbi avadanlıq və ləvazimatlarla birlikdə 100 xilasedici göndərilib. Bölgəyə həmçinin üç mütəxəssis qrupu gəlib ki, onlar yerli həmkarları ilə birlikdə qasırğanın xəstəxanalar, qocalar evləri və digər tibb müəssisələri üçün nəticələrini qiymətləndirəcək.
Daha əvvəl Florida ştatının Səhiyyə Departamenti belə bir xəbərdarlıqla çıxış edib ki, təbii fəlakət nəticəsində insanlar potensial təhlükəli olan infeksiyaya yoluxa bilərlər. Güclü yağış və daşqınlardan sonra mədə-bağırsaq xəstəliklərinə səbəb olan "Vibrio" bakteriyalarının konsentrasiyası əhəmiyyətli dərəcədə arta bilər.
Qeyd edək ki, oktyabrın 7-də ABŞ Prezidenti Co Bayden Floridada "Milton" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsi ilə bağlı göstəriş verib.
Qasırğanın oktyabrın 9-da və ya oktyabrın 10-u günün birinci yarısında Florida sahillərinə yaxınlaşacağı gözlənilir. Mütəxəssislərin hesablamalarına görə, Floridanın qərb sahillərində, o cümlədən Tampa körfəzində dalğanın hündürlüyü 5 m-ə çata bilər.
ABŞ-nin Florida ştatının hökumət qurumları "Milton" qasırğasının yaxınlaşması ilə əlaqədar ştatın 5,5 milyondan çox sakininə evlərini tərk etməyi və təxliyə olunmağı tövsiyə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat verib.
Nəşr qeyd edib ki, bu təxliyə ştatın tarixində ən böyük evakuasiyalardan biri ola bilər.
Hakimiyyət vətəndaşlara ən yaxın sığınacaqlara getməyi məsləhət bilib.
"Milton qasırğası" teqi üzrə xəbərlər
- Florida daha bir fəlakətlə üzləşdi: İnsanlar "ətyeyən bakteriya"ya görə əl-ayaqlarını itirirlər
- Bu xəbərləri qaçırmayın: 12.10.2024-ün ən mühüm hadisələri
- "Milton" qasırğası getdi, təhlükə qaldı: Amerikalıların "sümük sındıran qızdırma" ilə yeni sınağı
- ABŞ-də "Milton" qasırğası: Soyuducuda açıq okeana sürüklənmiş kişi xilas edildi
- ABŞ-də "Milton" qasırğası nadir təbiət hadisəsinə səbəb oldu: Florida körfəzinin suyu "qurudu"
Rəylər