Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-də "Milton" qasırğası nadir təbiət hadisəsinə səbəb oldu: Florida körfəzinin suyu "qurudu"
ABŞ-nin Florida ştatını vuran "Milton" qasırğası Tampa körfəzindən suyu çəkib çıxarıb.
Bu barədə Oxu.Az "New York Times" qəzetinə istinadən xəbər verir.
Tampa körfəzində nadir təbiət hadisəsi baş verib ki, elm adamları bunu "əks fırtına dalğası" adlandırırlar. Qasırğa müvəqqəti olaraq körfəzdən bütün suyu çəkib ki, nəticədə suyun dibi üzə çıxıb, Beyşor bulvarı ərazisində dəniz suyunun səviyyəsi isə xeyli aşağı düşüb.
Pensilvaniya Universitetinin Landşaft arxitekturası kafedrasının dosenti Piter Stempelin sözlərinə görə, güclü küləklər suyu sahil körfəzlərindən "sıxışdırdıqda" "əks fırtına dalğası" yaranır.
Florida Fövqəladə Hallar Departamentinin mütəxəssisləri yerli sakinləri körfəzin açıq dibinə çıxmamağa çağırıb, çünki su tezliklə qayıda bilər.
Qeyd edək ki, oxşar hadisə 2022-ci ildə "İan" qasırğası zamanı da baş verib. Nəticədə su bir neçə saat körfəzi "tərk edib", sonra qəfil "geri dönüb".
"Milton qasırğası" teqi üzrə xəbərlər
- Florida daha bir fəlakətlə üzləşdi: İnsanlar "ətyeyən bakteriya"ya görə əl-ayaqlarını itirirlər
- Bu xəbərləri qaçırmayın: 12.10.2024-ün ən mühüm hadisələri
- "Milton" qasırğası getdi, təhlükə qaldı: Amerikalıların "sümük sındıran qızdırma" ilə yeni sınağı
- ABŞ-də "Milton" qasırğası: Soyuducuda açıq okeana sürüklənmiş kişi xilas edildi
- Floridada qasırğadan sonra alliqatorlar küçələri zəbt ediblər
Rəylər