Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-də "Milton" qasırğası: Soyuducuda açıq okeana sürüklənmiş kişi xilas edildi
ABŞ Sahil Mühafizəsi Florida sahillərindən 48 km aralıda "Milton" qasırğasına qapılan və soyuducuda sürüklənən dənizçini xilas edib.
Bu barədə Oxu.Az "The Guardian"a istinadən xəbər verir.
Kişi helikopterin köməkliyi ilə xilas edilib və xəstəxanaya çatdırılıb.
Sahil mühafizəsinin nümayəndəsinin qeyd etdiyi kimi, o, 120-140 km/saat külək və 6-7 m hündürlükdə dalğalara uzun müddət tab gətirməyə müvəffəq olub. Kişiyə xilasedici jilet, qəza mayakı və yapışdığı soyuducu kömək edib.
Eyni zamanda "RİA Novosti"nin xəbərinə görə, Meksika Hərbi Dəniz Qüvvələrinin "Persuader" patrul təyyarəsi Meksikanın Yukatan ştatının sahillərindən 100 kilometrdən xeyli aralıda, "Milton" qasırğasının oradan keçməsindən sonra çevrilmiş qayıqda sürüklənən balıqçını aşkar edib.
Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, Yukalpeten dəniz axtarış-xilasetmə məntəqəsinin əməkdaşları dənizçinin xilas edilməsi ilə bağlı işlər aparır.
Departament qeyd edib ki, dənizçi Yukatan ştatının Proqreso şəhərindən təxminən 110 km məsafədə aşkar edilib.
"Florida" teqi üzrə xəbərlər
- Trampın iqamətgahını robot it qoruyur
- ABŞ-də "Milton" qasırğası nadir təbiət hadisəsinə səbəb oldu: Florida körfəzinin suyu "qurudu"
- Floridada qasırğadan sonra alliqatorlar küçələri zəbt ediblər
- ABŞ-də "Milton" qasırğası: Məşhur "Disneylend" su altında qaldı
- ABŞ-də ardıcıl ikinci güclü qasırğa: "Milton" Floridaya yaxınlaşır, əhali təxliyə edilir
Rəylər