ABŞ-nin Florida ştatında 31 yaşlı qadın və onun iki yaşlı qızı ildırım vurması nəticəsində həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" Marqeyt şəhərinin polis idarəsinə istinadən məlumat yayıb.
Hadisə ilə bağlı məlumat yerli vaxtla avqustun 23-də saat 14:30-da (Bakı vaxtı ilə 22:30 - red.) xilasetmə xidmətinə daxil olub.
Hadisənin şahidi yerli WSVN telekanalına bildirib ki, ildırım ana və uşağın avtomobilin salonundan yenicə çıxdığı anda vurub.
Polisin məlumatına görə, Keniya Qlazqo və qızı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Lakin onların hər ikisinin ölümünü həkimlər xəstəxanaya yerləşdirildikdən qısa müddət sonra təsdiqləyiblər.