Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, şəhid Əliyar Fərrux oğlu Əliyevin dəfn mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onun nəşi Suraxanı rayonu, "Dədə Qorqud" qəbiristanlığı - Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Xatırladaq ki, Əliyar Əliyev 1961-ci il yanvarın 5-də Ağdam rayonu, Kolqışlaq kəndində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşüb.
Aygün Mirakif