Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, şəhid İlham İmdad oğlu Mehdiyevin dəfn mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onun nəşi Suraxanı rayonu, "Dədə Qorqud" qəbiristanlığı - Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Xatırladaq ki, İlham Mehdiyev 1967-ci il aprelin 5-də Bərdə rayonu, Alpoud kəndində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.
Aygün Mirakif