Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Birinci Qarabağ müharibəsində şəhid olan Ucar Zeynalov Göygöldə dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Ucar Fidail oğlu Zeynalovun qalıqları Göygöldə dəfn olunub.
Oxu.Az xəbər verir ki, şəhid Ucar Zeynalovun qalıqları bu gün Göygöl rayonunun Pənahlılar kəndində ailəsinə təhvil verilib. Şəhidlə yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra şəhidin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər iştirak ediblər.
Qeyd edək ki, şəhid U.Zeynalov 7 mart 1973-cü ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsində 19 iyul 1992-ci il tarixində Ağdərə rayonunun Aterk kəndində gedən döyüşlərdə itkin düşüb. Ucar Zeynalov naməlum şəhid kimi Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyev dəfn edilib
- Şəhid qardaşı: "Onu sonuncu dəfə 1992-ci ildə görmüşdüm"
- Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn edilib
- Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib