Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov Xaçmazda dəfn edilib
Bakı şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Adıgözəl Əmirsoltan oğlu Qasımovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonunun Keymərəz kəndində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib, onun nəşi Xaçmaz rayonu Keymərəz kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Adıgözəl Əmirsoltan oğlu Qasımov 1971-ci il mayın 20-də Xaçmaz rayonunun Keymərəz kəndində anadan olub. O, 1993-cü il avqustun 15-də Laçın rayonu Hoçaz yüksəkliyi istiqamətində itkin düşüb.

"Şəhidlər xiyabanı" teqi üzrə xəbərlər
- İran Prezidenti Məsud Pezeşkian Bakıda şəhidlərin xatirəsini anıb
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
- Sloveniyanın XİN rəhbəri Şəhidlər xiyabanını və Mehdi Hüseynzadənin abidəsini ziyarət edib
- Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
- "Xocavənd əməliyyatı"nda sağ qalan yeganə kəşfiyyatçı: "Açıq döyüşə girmək məcburiyyətində qaldıq"