Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Birinci sinfə getməyə hazırlaşan Jalənin sevinci yarımçıq qaldı - Sizin köməyinizə ehtiyacı var
6 yaşlı Jalənin sizin köməyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Fuad Xanirzayev məlumat verib.
O bildirib ki, övladı ağır xəstəliklə mübarizə aparır:
"Jalə sentyabrda birinci sinfə başlayacaq. 2 həftədir ki, qızıma kəskin limfoblast leykoz diaqnozu qoyulub. Hazırda Jalə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alır. Övladımın müalicə və əməliyyatı üçün əlimizdən gələni edirik. Lakin 40 min dollar pula ehtiyacımız var. Jalədən başqa evimdə dörd aylıq körpə övladım da var. Bu məbləğ bizim büdcəmizi aşır. Xalqımdan xahiş edirəm, bizə dəstək olsunlar. Bizi övlad itkisi yaşamağa qoymasınlar".
Əlaqə nömrəsi: 050 253 34 57
Unibank: 5243 7544 4143 6043
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
- Övladı üçün təkbaşına çırpınan ana yardım istəyir: "Artıq bacara bilmirəm"
- Elayın atası fəryad edir: "Anamın xəstəliyinə dözə bilmirdim, indi balam gözümün qabağında yox olur"
- İbrahimin yaşaması üçün həkimlər ümid vermir: Ağrıları artıb, yemək yemir - Anası dərdə dözə bilmir
- Ağır yanıq xəsarətləri alan Zəhranın dəstəyə ehtiyacı var