Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Marneulidə torpaq uçqunu: Ölən və yaralanan var
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda torpaq uçqunu nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə yaralanıb.
Oxu.Az "24News.ge" portalına istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Marneuli şəhərinin Çavçavadze küçəsində baş verib.
Belə ki, "China Group" şirkətinin iki əməkdaşı su-kanalizasiya sisteminin quraşdırılması zamanı qəfil torpaq sürüşməsi nəticəsində torpaq altında qalıb. Nəticədə işçilərdən biri hadisə yerində həlak olub, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hər iki zərərçəkən Marneulinin Candar qəsəbəsinin sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Kürdən Aytacla yanaşı daha iki nəfərin MEYİTİ TAPILDI
- Gürcüstanın sabiq müdafiə naziri həbs olundu
- Gürcüstanın İrəvandakı səfirliyində etiraz aksiyası: Binaya gedən yol bağlandı
- AQTA sədri: "Rusiya və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanıb"
- Gürcüstanda hansı qaydalar sərtləşdirilir? - Əcnəbilərin işi çətinləşir