British Council, PAŞA Bank və Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyi ilə təşkil olunan “Biznes Jurnalistika” layihəsinin ikinci mərhələsi başa çatıb.
11 jurnalistin iştirak etdiyi layihə çərçivəsində təlimlər Thomson Foundation təşkilatının məsləhətçisi, rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşmış mütəxəssis Den Meyson tərəfindən keçirilir. Jurnalistlər arasında Oxu.Az-ın əməkdaşı da var.
3-6 yanvar tarixində keçirilmiş ikinci təlim müddətində iştirakçılar onlayn mediada xəritələrlə iş, statistik məlumatların düzgün emalı və onların əsasında infoqrafikanın hazırlanması, xəbər və məqalələrə cəlbedici başlıqların qoyulması və onların sosial mediada paylaşılması üçün effektiv vasitələr, foto və video çəkiliş texnikası barədə biliklər əldə edib.
Qeyd edək ki, layihənin birinci mərhələsi 29 noyabr – 2 dekabr tarixində baş tutub.
“Biznes Jurnalistika” layihəsinin növbəti mərhələsinin fevral ayında keçirilməsi nəzərdə tutulub.
Layihənin yekunu olaraq təlimləri uğurla başa vurmuş jurnalistlərin mart ayında Londona səfəri planlaşdırılıb.