Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
BNA direktoru Bakıdakı sərnişin sıxlığından danışdı
“Xüsusi karantin tədbirləri gücləndiriləndən sonra Bakı Nəqliyyat Agentliyinin ekspress avtobusları fəaliyyətə başlayıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, artıq 95 avtobus fəaliyyətə başlayıb:
“Dünəndən bu günə 21 min sərnişin daşınıb. Bundan başqa, özəl daşıyıcılar tərəfindən də 4000-ə yaxın sərnişinin daşınması təmin edilib. Hazırda 85 avtobus ehtiyatda saxlanılır.
Lazım olarsa, həmin avtobuslar da xəttə buraxılacaq. Avtobuslar lazım olduğu qədərdir, bunun üçün də narahatlığa əsas yoxdur. Sadəcə, işi olmayan insanlar çölə çıxmasınlar. Amma biz daha çox maarifləndirmə tədbirləri aparmalıyıq ki, vətəndaşlar evdə qalmağa üstünlük versinlər”.
İlhamə Əbülfət