Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Borca görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
"Vətəndaşın lombarda beş min manat məbləğində borcu var, amma ödəmir. Belə olan halda ölkədən çıxışına qadağa qoydurmaq olarmı? Ümumiyyətlə, borc məbləği ölkədən çıxışa qadağa qoyulmasında hər hansı rol oynayırmı?"
Oxu.Az xəbər verir ki, bununla bağlı redaksiyamıza vətəndaş sorğusu daxil olub.
Hüquqşünas Əkrəm Həsənov Oxu.Az-a açıqamasında bildirib ki, ölkədən çıxışa yalnız məhkəmə qərarı ilə qadağa qoyula bilər.
"Borcun məbləğinin nə qədər olmasının heç bir fərqi yoxdur. Əgər o borc üzrsüz səbəbdən ödənmirsə, yəni icra olunmursa, bu halda icra məmuru məhkəməyə təqdimatla müraciət edə, məhkəmə də borclu şəxsin ölkədən çıxışına qadağa qoya bilər.
Üzrsüz səbəb də odur ki, adamın imkanı var, amma borcu vermir. Bu da yenə sübut olunmalıdır ki, niyə vermir - maaşı, əmlakı yoxdur deyə vermir, tam verə bilmir, yaxud da sadəcə vermək istəmir. Bu, məhkəmə qaydasında sübut olunur", - deyə hüquqşünas bildirib.
Əzizə İsmayılova
Rəylər