Böyük Britaniyanın “City” Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan günü” keçirilib.
Müxtəlif ölkələrin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli fəaliyyət göstərirlər.
Tədbiri giriş sözü açan cəmiyyətin sədri Azər Əsgərov qurumun fəaliyyəti və gələcək planları haqqında danışıb. Azərbaycanın tarixi mədəniyyəti və strateji mövqeyi haqqqında məlumat verən A.Əsgərov 2015-ci ildə ölkəmizdə keçiriləcək “1-ci Avropa Oyunları”nın əhəmiyyətini vurğulanıb.
Tədbir çərçivəsində, paytaxt Bakının köhnə və müasir gözəlliklərini əks etdirən videoçarx nümayiş etdirilib, həmçinin foto sərgi təşkil edilib.
“Azərbaycan günü” xarici qonaqlarda böyük maraq doğurub. Tədbirdə iştiak edən müxtəlif ölkələrdən olan tələbələrə ölkəmizin mədəniyyətini, tarixni, incəsənətini, turizmini və.s əks etdirən jurnal və bukletlər paylanılıb.
Cəmiyyətin fəallari Ramazan Abbaszadə, Nagi Nagiyev, Aydan Agazadə, Sevda Behbudova, Ülviyya Ismayilova, Ənvər Məhəmməd, Elvin Mikayilov, Şəbnəm Abbaszadə, Nargiz Abbasova ve başqalari tədbirdə qonaqlara Azərbaycanın mədəni və iqtisadi inkişafi barəsinde ətrafli məlumat veriblər.