Doğma yurduna yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə şəhərə 69 nəfərdən ibarət 17 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.








"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Xocavənd rayonunun Hadrut qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Hadrut qəsəbəsinə bu gün altı ailə olmaqla, 26 nəfər köçüb.
Bu gün Qırmızı Bazar qəsəbəsinə köçən 18 ailə (90 nəfər) də artıq doğma yurd-yuvalarına çatıb.
Ağdam rayonunun Xıdırlı kəndinə yola salınan köç karvanı da ünvana yetişib. Bu mərhələdə Xıdırlı kəndinə 45 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.



İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı dekabrın 17-də Bakının Qaradağ rayonundan yola salınıb.
Oxu.Az-ın məlumatına görə, bu mərhələdə Laçın şəhərinə 17 ailə - 69 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə - 26 nəfər, Qırmızı Bazar qəsəbəsinə 18 ailə - 90 nəfər, Ağdamın Xıdırlı kəndinə isə 16 ailə - 45 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az-ın məlumatına görə, bu mərhələdə - dekabrın 17-də Laçın şəhərinə 17 ailə - 69 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə - 26 nəfər, Qırmızı Bazar qəsəbəsinə 18 ailə - 90 nəfər, Ağdamın Xıdırlı kəndinə isə 16 ailə - 45 nəfər köçürülür.
Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Samir Əli