Yola salınan növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, artıq 17 ailənin (65 nəfər) Xocavənd şəhərinə daimi qayıdışı təmin olunub.
Böyük Qayıdış davam edir: Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb - VİDEO
Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bununla Xocavənd şəhərinə köçürülən ailələrin sayı 348-ə (1354 nəfər) çatıb.
Qaynar xətt:
(055) 224 12 12