Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Böyük Qayıdışa dair məşğulluq məsələləri müzakirə olunub - FOTO
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapan məşğulluq məsələləri ilə bağlı müzakirə aparılıb.
Mərkəzdən verilən məlumata görə, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin iştirak etdiyi görüşdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aktiv işçi qüvvəsi tələb edən sahələr müzakirə olunub.
Bu sahələr, əsasən, dövlət və özəl olmaqla bir neçə istiqamət üzrə təsnifatlandırılıb. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2024-cü ildə tikintisi planlaşdırılan obyektlər, köçürülən əhalinin peşə hazırlığı, pilot layihələrin icrası və s. digər əhəmiyyətli məsələlərdən danışılıb.
Fikir mübadiləsinin ardınca müzakirələrin davam etdirilməsinə qərar verilib. Həmçinin, müzakirə mövzusu olan bölgəyə birgə səfərlərin həyata keçirilməsi və araşdırmaların aparılması haqqında razılıq əldə olunub.
"Qarabağ" teqi üzrə xəbərlər
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
- Səyyah: "Qarabağda tarixi və müasir memarlıq ahəngdar şəkildə birləşir"
Rəylər